Xəzər Xəbər

Bronxial astmaya ən çox hansı bölgələrdə rast gəlinir?

Cəmiyyət | 14:33 • 5 May 2018
Bronxial astmaya ən çox hansı bölgələrdə rast gəlinir?

Azərbaycanda bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşayiət edilir. Belə ki, 2016-cı ildə 7950, 2017-ci ildə isə bu 7701 nəfərdə ilk dəfə aşkarlanma qeydə alınıb. Bu xəstəlikdə ən vacib amil genetik meyilliyin olmasıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu barədə nazirliyin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov məlumat verib.

C.Məmmədovun sözlərinə görə, xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb.

"Xəstəliyin daha çox yayıldığı ölkələr isə İrlandiya, Pribaltika ölkələri, Kanada, Şimali Amerikadır. Hətta bəzi ölkələrdə bu göstərici 30-40% təşkil edir. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bronxial astmadan əziyyət çəkən xəstələr var. Hazırda ölkədə bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8% təşkil edir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir”.

C. Məmmədov qeyd edib ki, son zamanlar səhiyyənin inkişafı və daha təsirli dərman vasitələrindən istifadə, bu xəstəliklə mübarizədə effektiv rol oynayır.

Professorun fikrincə, bütün dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir.

" Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar. Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmalar qeyd etmək olar. Bu, hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir. Bu kimi tutmalar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa ağciyərlərin emfizeması deyilən, ağırlaşmaya, sonda isə ağciyər ürək çatışmazlığıa gətirib çıxara bilər. Məhz bu baxımdan bu xəstəlik çox ciddi sayılmalı və əlamətləri müşahidə edildiyi zaman mütləq allerqoloqa müraciət edilməlidir. Vaxtında lazımi müdaxilə olunarsa xəstəni vəziyyətdən çıxarmaq və əvvəlki həyata qaytarmaq mümkündür”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti