Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə
zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir
güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron
yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək,
nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq
və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə
şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 24-25-də Abşeron
yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və arabir
güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada
bilər.