Xəzər Xəbər

Bayram günlərində rayonlara səfər edənlərə biletlə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 12:16 • 27 Dekabr 2017
Bayram günlərində rayonlara səfər edənlərə biletlə bağlı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn iş qrafikində dəyişiklik edib.

Kompleksin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün: 012 406 01 58 (59)

Xəbər lenti