Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub.
Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən verilən məlumatda qeyd olunub. Məlumata görə, hazırda
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.
Tranzit
çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının
Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə
olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın
104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 127 m3/s olmaqla
ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay
məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda
məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlüknormanın 87 faizini təşkil
edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük
normanın 60 faizinə bərabər olub.
Kür çayının aşağı axınında
hazırki vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının aşağı axınında
suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki,
Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4
sm artım, Şirvanda 10, Bankədə 9 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 m (2016-cı il oktyabrın 13-də 400 sm), Şirvanda 263 sm, Salyanda
240 sm (2016-cı il oktyabrın 13-də 259 sm), Bankədə 208 sm (2016-cı il
oktyabrın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm
(2016-cı il oktyabrın 13-də 115 sm) təşkil edir.