Xəzər Xəbər

“Fitch” şübhəyə düşüb: Neft bazarı ilə bağlı

Cəmiyyət | 16:39 • 3 Oktyabr 2017
“Fitch” şübhəyə düşüb:

Dünya neft hasilatının maya dəyərinin aşağı düşməsi, ABŞ şist neft sənayesinin potensialının artması və bazara çevik reaksiya verə bilməsi uzunmüddətli perspektivdə neft qiymətlərinin 60 dollar/barel həddindən aşağı qalmasına səbəb olacaq.

Belə bir proqnozla "Fitch” beynəlxalq reytinq agentliyi çıxış edib.

"Fitch” qeyd edib ki, ilin əvvəlindən ABŞ-da aktiv neft quyularının sayı 45% artıb. Nəticədə, ABŞ-da neft hasilatı 8,4 mln. barel/gündən 9,5 mln. barel/günə yüksəlib. Agentlik OPEC və onun müttəfiqlərinin neft bazarında tarazlıq yaradacağına şübhə ilə yanaşdığını bildirir və qeyd edir ki, neft ehtiyatları tarixi orta səviyyələrdən kifayət qədər yüksək qalmağa davam edəcək.

Xəbər lenti