Xəzər Xəbər

Bakı-Zabrat yolunda TIXAC: hərəkət dayandı

Cəmiyyət | 10:38 • 2 Oktyabr 2017
Bakı-Zabrat yolunda TIXAC:

Bu gün səhər saatlarında Bakı - Zabrat yolunda böyük tıxac yaranıb.

Publika.az-ın tıxacda qalan əməkdaşı xəbər verir ki, 1 saata yaxındır ki, yolda hərəkət dayanıb.

Eyni zamanda Dərnəgül, Bakı -Sumqayıt yolunda da səhər saaatlarında tıxac müşahidə edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Publika.az-a Bakı - Zabrat yolundakı tıxacdan xəbərdar olduqlarını bildirsə də, hansı səbəbdən yarandığını deməyib:

"Bizdə olan məlumata görə, adətən həftənin birinci iş gününə xarakterik sıxlıq müşahidə olunub. Başqa bir şey yoxdur.”

Xəbər lenti