Xəzər Xəbər

Bayram günlərində hava necə olacaq? PROQNOZ

Cəmiyyət | 15:10 • 28 Avqust 2017
Bayram günlərində hava necə olacaq?

Qurban bayramının qeyd ediləcəyi 1 -4 sentyabrda hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova Cebhe.info-nun bu sualına cavabında hələlik bayram günləri ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib: "Avqustun 31-də bu haqda məlumat yayacağıq”.


Android telefonlarda istifadəçilərin marağını çəkən, bir çox hallarda verilən proqnozlara inam yaradan accuweather.com saytında isə bayramın ilk günü, sentyabrın 1-i, cümə günü havanın dəyişkən buludlu olacağı qeyd olunub. Bakıda və Abşeron yarımadasında gecə +22, gündüz +30 dərəcə isti olacaq. Sentyabrın 2-sində isə günəşli hava şəraiti hökm sürəcək. Belə ki, Bakıda və Abşeron yarımadasında gecə +20, gündüz +29 dərəcə isti qeydə alınacaq.

Xəbər lenti