Xəzər Xəbər

Maşınında “satılır” yazılan hansı sürücülər cərimələnəcək? ŞƏRTLƏR AÇIQLANDI

Cəmiyyət | 12:43 • 22 Avqust 2017
Maşınında “satılır” yazılan hansı sürücülər cərimələnəcək?

"Məlumat yayılıb ki, üzərində "Satılır" sözü yazanlar nəqliyyat vasitəsi qanunsuz reklam yaymaya görə cərimələnəcək. Amma bu, heç də həmişə belə ola bilməz”.

XəzərXəbər xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, "Reklam haqqında" Qanun fərq qoymadan "reklam" ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır:

"Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır (Qanunun 1.2-ci maddəsində göstərilib). Əgər kimsə peşəkar olaraq avtomobil alveri ilə məşğul olursa, satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu, kommersiya xarakterli reklamdır. Bununla belə, sürücüləri diqqətli olmağa çağırıram. Çünki DYP bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib. Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz”.

Xəbər lenti