Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeronda gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 %
olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil
edəcək.
Azərbaycanın
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°,
gündüz 21-26° isti olacağı gözlənilir.