Xəzər Xəbər

Lənkəranda evdə ər və arvadın meyitləri aşkarlanıb - Ölümün ilkin səbəbi məlum olub VİDEO

Veb TV | 19:34 • 9 Aprel 2024
Lənkəranda evdə ər və arvadın meyitləri aşkarlanıb - Ölümün ilkin səbəbi məlum olub

Rusiyadan Lənkərana qonaq gələn ər və arvad qaldıqları evdə dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə bu gün rayonunun Şilim kəndində baş verib.

Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Bağırov və həyat yoldaşı 45 yaşlı Nəfisə Bağırovanın yaşadıqları evdə meyitləri tapılıb.

Onların 3 gün bundan əvvəl Lənkərana nəvələrinin xeyir işi üçün gəldikləri bildirilir. Şənliyə hazırlıq işləri görmək üçün ailə bu səhər alış-verişə getməli idi. Qohumları bunun üçün onların yaşadıqları ünvana getdikdə isə meyitlərini aşkarlayıblar.

Onların dəm qazından öldükləri məlum olub. 

Məlumata görə, uzun müddət evdə yaşayış olmadığı üçün sərçə tüstü bacasının içinə girərək yuva qurub. Axşam evə gələn ailə evin soyuq olduğunu görüb və qaz sobasını yandırıblar. Tüstü bacası tutulduğuna görə dəm qazı evin içinə dolub və məlum hadisə baş verib.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti