Xəzər Xəbər

Gübrə bahalaşır, fermərlərin vəziyyəti isə çətinləşir VİDEO

Veb TV | 11:50 • 28 Mart 2023
Gübrə bahalaşır, fermərlərin vəziyyəti isə çətinləşir

Xaricdən ölkəmizə idxal olunan gübrələrin qiyməti artıb.

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika komitəsindən verilən məlumata görə, bu ilin ilk iki ayında Azərbaycana gətirilən 1 ton gübrənin orta idxal dəyəri 732 dollar təşkil edib. Ötən il isə bu göstərici 561 dollar olub. Yəni idxal olunan gübrənin 1 tonundan 171 dollar, başqa sözlə  30% bahalaşma var.

Sözügedən vəziyyətdən isə daha çox Fermerlər narahatdır.

Onların sözlərinə görə, gübrə ilə yanaşı toxum qiymətləri də artıb ki, bu da təsərrüfat işlərini xeyli çətinləşdirir.

İqtisadçı Xalid Kərimli isə bahalaşmanı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir. Belə ki, dünyanın gübrə tələbatı əsasən Rusiya və Belarusun hesabına ödənir. Burada Rusiyanın payı 70 faizdir.

İqtisadçının fikrincə, idxal qiymətlərinin enəcəyi real görünmür.

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyindən “Xəbər Ertəsi”nə  bildirildi ki, gübrə idxalı ölkəyə 100-dən çox şirkət tərəfindən həyata keçirilir və daxili bazarda qiyməti də onlar təyin edir. Subsidiyaların məbləğinə gəlincə isə, Aqrar Subsidiya şurası tərəfindən ildə bir dəfə qərar qəbul edilərək bu məbləğlər artırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti