Xəzər Xəbər

Bakıda ağır qəza - iki nəfər ölüb, yaralılar var

Avtomobil TIR-la toqquşub
Hadisə | 09:34 • 16 Dekabr 2022
Bakıda ağır qəza - iki nəfər ölüb, yaralılar var

Bakıda minik avtomobili TIR-la toqquşub, nəticədə iki nəfər ölüb.

Xezerxeber.az əbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Vasif Behbudov idarə etdiyi "VAZ 2107" markalı avtomobil İran vətəndaşı, 1985-ci il təvəllüdlü Naziri Çiqlanın idarə etdiyi TIR-la toqquşub. Nəticədə sürücü və avtomobilin qabaq oturacağında oturan, şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər ölüb, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb

Xəbər lenti