Xəzər Xəbər

Rusiyada iki polis əməkdaşı öldürülüb

Dünya | 09:41 • 29 Aprel 2024
Rusiyada iki polis əməkdaşı öldürülüb

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında yol polisi patruluna hücum olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Hücum zamanı 2 polis əməkdaşının həlak olduğu, 4 nəfərin yaralandığı qeyd olunub.

Hücum edən 5 nəfərin cavab atəşi ilə məhv edildiyi vurğulanıb.

Xəbər lenti