Xəzər Xəbər

Elektron qaydada tərtib olunan sənədin təsdiq olunmuş variantının istənilməsi doğrudurmu? VİDEO

Veb TV | 21:20 • 29 Aprel 2024
Elektron qaydada tərtib olunan sənədin təsdiq olunmuş variantının istənilməsi doğrudurmu?

Elektron variantı olduğu halda, kağız versiyası tələb olunur.

Xezerxeber.az xəbər verir ki, söhbət elektron qaydada təqdim olunan arayışlardan gedir. Vətəndaşlar iddia edirlər ki, bəzi yerlərdə tələb olunan arayış elektron olsa da, qəbul edilmir.

Əvəzində notarial qaydada təsdiq olunmuş kağız versiyası tələb olunur.

Millət vəkili Vüqar İsgəndərov deyir ki, əgər arayış elektron qaydada tərtib olunubsa, eyni qaydada da təqdim olunmalıdır.

Deputat qeyd edib ki, elektron sənədin kağız olaraq tələb edilməsi qanuna uyğun deyil.

Vüqar İsgəndərov onu da bildirib ki, hansısa qurumun digər qurumun elektron bazasına əlçatanlığı yoxdursa və tələb olunan sənəd elektron qaydadırsa burda məsuliyyət vətəndaşda deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti