Xəzər Xəbər

Bakıda bu problem iki qonşunu üz-üzə qoyub VİDEO

Birinin ailəsi digərinin evində qeydiyyatdadır
Veb TV | 10:02 • 20 Fevral 2023
Bakıda bu problem iki qonşunu üz-üzə qoyub

Bakıda qonşulardan birinin ailəsinin digərinin evində qeydiyyatda olduğu ortaya çıxıb. Bu problem isə iki qonşunu üz-üzə qoyub.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Xutor adlanan ərazisində yerləşən evlərdən birindəki ünvan səhvliyi  iki qonşunun işini çətinə salıb.

Onlar deyirlər ki, məsələ təkcə çıxarışda evin ünvanının səhv yazılması deyil. Evdə yaşayan sakinlərin də qeydiyyatında problem var.

12 A nömrəli evin sahibi Valodya Mehdiyev deyir ki, ev üçün çıxarışı 2002-ci ildə alıb. Lakin çıxarışda evin ünvanı 12 A yox, 12 yazılıb. Onlar bundan yeni xəbər tutublar. Özü də təsadüfən.

Onun sözlərinə görə, burada məsələ təkcə arayış və ya kommunal ödənişlərlə bağlı deyil. O düşünür ki, yaşadıqları ərazi hansısa layihə əsasında sökülə bilər. O zaman qonşu haqlı olaraq ondan pay istəyəcək.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər, lakin hələ cavab gəlməyib.

Məsələni aydınlaşdırmaq üçün Xidmətlə biz də əlaqə saxladıq. Bildirildi ki, problemdən xəbərdardılar. Araşdırma prosesi yekunlaşdıqdan sonra sakinlərin probleminin həlli istiqamətində işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti