Xəzər Xəbər

Molla rejimi İranda zəlzələdən zərər çəkən azərbaycanlılara zülm edir VİDEO

Veb TV | 23:19 • 2 Fevral 2023
Molla rejimi İranda zəlzələdən zərər çəkən azərbaycanlılara zülm edir

İranın Xoy bölgəsində yaşayan azərbaycanlılar qarlı, şaxtalı havada hələ də küçələrdə gecələməli olurlar. İran hökuməti zəlzələdə evləri dağılan Güney azərbaycanlılara sırf etnik mənsubiyyətinə görə yardım göstərmir. Əraziyə göndərilən səlahiyyətli şəxslər isə ac-susuz qalan əhalinin dərdinə dərman olmaq yerinə etinasızlıq göstərirlər.

Xezerxeber.az-ın məlumatına görə, Xoy şəhərində ötən ay baş verən zəlzələnin səbəb olduğu dağıntılardan ən çox əziyyət çəkən soydaşlarımızdır.

İran hökuməti isə ac-susuz qalan Güney azərbaycanlılara zülm edir. 8-9 ailəyə cəmi bir çadır verirlər. Bu isə onların vəziyyətini daha da acınacaqlı edib.

Soydaşlarımızın bir qismi çöldə gecələyir, digər qismi isə ya maşınlarda qalmağa üstünlük verir, ya da Xoy şəhərini tərk etmək məcburiyyətində qalır.

Molla hökumətindən isə hələ də səs-soraq yoxdur.

Zəlzələdən zərər çəkmiş rayonlara və Xoy şəhərinə gələn ölkənin birinci vitse-prezidenti Mohammad Moxber isə heç bir dərdə dərman olmayıb. Xoy sakinləri onlara müvəqqəti sığınacaqların verilməsini xahiş ediblər. O isə sakinlərə çox laqeyd formada cavab verib: "Müvəqqəti sığınacaqlar sizin nəyinizə lazımdır ki?! Neyləyirsiniz ki? Onlar yararsızdır".

O, Kirmanşah əyalətində bir neçə il bundan əvvəl baş vermiş zəlzələ zamanı insanların çadırlardan istifadə etmədiklərini əsas gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti