Xəzər Xəbər

DSX həqiqi hərbi xidmətə qəbul elan edib VİDEO

Veb TV | 10:58 • 25 Yanvar 2023
DSX həqiqi hərbi xidmətə qəbul elan edib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar bunun üçün sənədlərini təqdim edə bilərlər. 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024