Xəzər Xəbər

Bir qrup tələbə Xəzər Media Mərkəzinin qonağı olub VİDEO

Veb TV | 16:11 • 25 Yanvar 2023
Bir qrup tələbə Xəzər Media Mərkəzinin qonağı olub

Beynəlxalq Təhsil Günündə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Xəzər Media Mərkəzində qonaq olublar.

Tələbələr Xəzər Media Mərkəzinin Baş direktorunun müşaviri tanınmış media nümayəndəsi Teymur Məmmədovla görüşüblər, media mərkəzinin iş prinsipləri, fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini dinləyiblər.

Verilişlərin studiyalarında istifadə olunan işıq, səs və videoçəkiliş avadanlıqlarının növləri ilə tanış olan qonaqlara bu avadanlıqların funksiyaları, onlardan təhlükəsiz istifadə təlimatları barədə ətraflı məlumat verilib.

Sonra tələbələr Xəzər Media Mərkəzinin “Araz FM” və “Xəzər FM” radiolarını gəziblər, efir yayımı prosesi ilə əyani şəkildə tanış olublar.

Xəbər lenti