Xəzər Xəbər

Yol qəzaları iki nəfərin ölümünə səbəb olub, 9 yaralı var VİDEO

Veb TV | 19:45 • 5 Dekabr 2022
Yol qəzaları iki nəfərin ölümünə səbəb olub, 9 yaralı var

Bu gün səhər saatlarında Astarada rayonu, Asxanakəran kəndində, dağlıq ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin dərəyə aşması nəticəsində 55 yaşlı sürücü ölüb, oğlu isə xəsarət alıb.

Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi  avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq ağaca çırpılıb. Avtomobilin sürücüsü  Zakir Lələyev hadisə yerində dünyasını dəyişib, oğlu 27 yaşlı Ruslan Aydınzadə isə xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.  

Bakı -Sumqayıt yolunda da ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib. Hadisə magistralın Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbə sakini 40 yaşlı Ramilə İbrahimovanı  avtomobil vurub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. 

İsmayıllıda isə Şəki  sakini 38 yaşlı Eltun Yusibovun idarə etdiyi  mikroavtobus  idarəetmədən çıxaraq  ağaca çırpılıb. Hadisə zamanı sürücü və  8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti