Xəzər Xəbər

Nazir: ''Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır'' VİDEO

Veb TV | 20:35 • 5 Dekabr 2022
Nazir: ''Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır''

''Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskavda rusiyalı həmkarı Sergey Lavrov ilə keçirilmiş görüşdə səsləndirib.

Nazir qeyd edib ki, üçtərəfli bəyanatların bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir.

Ceyhun Bayramov sülh müqaviləsi üzrə ölkəmiz tərəfindən Ermənistana təqdim edilən üçüncü cavab paketindən danışıb.

O, Qarabağda yaşayacaq ermənilərin aqibətinə də toxunub.

S.Lavrov isə deyib ki, rəsmi Moska Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır: “Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir''.

Qeyd edək ki, görüş zamanı həmçinin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti