Xəzər Xəbər

Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında iştirak edib VİDEO

Veb TV | 20:00 • 1 Oktyabr 2022
Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında iştirak edib

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə videoçarx nümayiş etdirilib.

Sonra çıxışlar olub.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış videomaterialı təqdim edir: