Xəzər Xəbər

Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır - Problem həll ediləcəkmi? VİDEO

"Sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir"
Veb TV | 19:32 • 1 Oktyabr 2022
Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır - Problem həll ediləcəkmi?

Bakı-Sumqayıt elektrik qatarlarında sıxlıq davam edir. Qatarlarda sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, yaşanan sıxlığı azaltmaq üçün "Azərbaycan Dəmir Yolları"  Sumqayıt- Xırdalan- Baki istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik edib.

"Azərbaycan Dəmir Yolları"  QSC- nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, yeni dərs ilinin başlanmasından bu günədək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb. Bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

QSC-dən o da bildirilib ki, sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti