Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın söndürülüb YENİLƏNİB/VİDEO

Veb TV | 17:59 • 1 Oktyabr 2022
Bakıda yaşayış binasında yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən xezerxeber.az-a verilən xəbərə görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

İlkin məlumata əsasən, yanğın on yeddi mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.