Xəzər Xəbər

Bakıda oğurluq edənlər və narkotik satanlar ifşa ediliblər VİDEO

Veb TV | 23:32 • 27 Sentyabr 2022
Bakıda oğurluq edənlər və narkotik satanlar ifşa ediliblər

Bakıda avtomobil və mağazaları qarət etməkdə şübhəli bilinən şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Səbail polisinin həyata keçirdiyi əməliyyatlar zamanı avtomobillərdən, mağazalardan və iaşə obyektlərindən oğurluqlar etməkdə şübhəli bilinən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov ifşa ediliblər.

Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərzilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib.

Saxlanan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbal rayonunda dəyəri 2000 manat olan bir ədəd moped oğurlamaqda ittiham edilir.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər tutularaq isitntaqa təqdim edilib. Həmin şəxslərin üzərindən narkotik vasitə olan heroin aşkar olunub. Faktlarla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti