Xəzər Xəbər

Bakıda törədilən ağır cinayətin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 20:45 • 29 Aprel 2024
Bakıda törədilən ağır cinayətin TƏFƏRRÜATLARI

Gecə 45 yaşlı kişi içki məclisində bıçaqlanaraq qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Hüquq - mühafizə orqanlarına məlumat daxil olub ki, həyət evlərindən birində 45 yaşlı Sadiq Əhmədov qətlə yetirilib. Dərhal istintaq qrupu cinayətin hansı şəraitdə baş verməsini araşdırmağa başlayıb. Məlum olub ki, hadisədən əvvəl Sadiq Əhmədov tanışı 70 yaşlı Vaqif Dadaşovla yeyib içib.

O da məlum olub ki, Sadiq Əhmədovla Vaqif Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər.

Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası gəlsə də, Vaqif Dadaşovun ürəktutmadan öldüyü bildirilib. Belə ki, saxlanılan 70 yaşlı kişi infarkt keçirməzdən əvvəl istintaq qrupuna ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

 Faktla bağlı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti