Xəzər Xəbər

35 gün əsirlikdə qalan qazimizin Şuşaya qədər gedən döyüş yolu... VİDEO

Veb TV | 21:45 • 10 Avqust 2022
35 gün əsirlikdə qalan qazimizin Şuşaya qədər gedən döyüş yolu...

44 günlük vətən müharibəsinin ilk günündən ön xətdə döyüşərək Şuşaya qədər gedib çıxdı. Noyabrın 8-i isə Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanaraq ermənilərə əsir düşdü. Müsahibimiz, vətən müharibəsi qazisi Mobil Əhmədzadə də döyüşlərdə canından keçməyə hazır olan qəhrəmanlarımızdan sadəcə biridir.

Əslən Füzulidən olan müsahibimiz hərbiyə uşaqlıqdan həvəsinin olduğunu bildirib. Müharibənin son gününə qədər ön xətdə döyüşən qazi noyabrın 8-də şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanır. 5 gün meşədə yaralı halda ac-susuz qalan qalan Mobil Əhmədzadə ermənilər tərəfindən əsir götürülür. Onun sağ ayağı İravanda amputasiya edilir.

Mobil Əhmədzadə 35 gün əsirlikdə qalıb. Dekabr ayının 14-də isə o İravandan Bakıya gətirilib. Sonra mütəmadi olaraq müayinə və müalicələrə cəlb edilib. Qazi dövlət tərəfindən tam qayğı ilə əhatələndiyini bildirir. O həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ən müasir protezlə də təmin edilib.

2017-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan qazi daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. O, 4-cü kursda oxuyan zaman Vətən müharibəsi başlayıb və vaxtından əvvəl leytenant rütbəsi alaraq müharibəyə qatılıb.

 

Xəbər lenti

Çox oxunanlar