Xəzər Xəbər

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ! VİDEO

Sürücülərə xəbərdarlıq
Veb TV | 21:15 • 10 Avqust 2022
Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ!

Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri aparılır. Artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Torpaq işləri yekunlaşan ərazilərdə yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır.

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral da inşa edilir. Mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu isə sürücülərə alternativ seçim təmin etmək üçün qurulur. Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti