Xəzər Xəbər

“Google” xəritəsinin Qarabağ hissəsi bağlı YENİLİK VİDEO

Veb TV | 22:09 • 10 Avqust 2022
“Google” xəritəsinin Qarabağ hissəsi bağlı YENİLİK

Yaxın vaxtlarda Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının azərbaycan dilində göstərəcək. "Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb. İşğaldan azad edilmiş ərazilərlə bağlı "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3d xəritənin hazırlanması  üçün hazırda işlər  həyata keçirilir. 

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin  idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "4MAPS Bilgi Teknolojileri" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.  

"4MAPS Bilgi Teknolojileri" MMC-nin təsisçisi Abdullah Demirtaş bildirib ki, prosesə ilk olaraq  Füzulidən başlanıb. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir. 

Xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında "LİDAR" cihazından istifadə olunur.

 

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022