Xəzər Xəbər

“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var VİDEO

Veb TV | 20:15 • 10 Avqust 2022
“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var

Bank kartlarından pul vəsaitləri talayan daha bir dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar. Müəyyən edilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdirib, vətəndaşlarin etibarindan sui-istifadə ediblər.

Araşdırma zamanı Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.

Bu arada saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıblar. Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən marketlərdən birində baş verən hadisə zamanı  Əskinasların saxta olduğu barədə dərhal  polisə məlumat verilib. Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub.

Araşdırmalar zamanı Rəna Süleymanovanın tək olmadığı, qrup şəklində  saxta pullar dövriyyəyə buraxmaqları aşkar edilib və  dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq polis bölməsinə gətiriliblər. 

İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əskinas aşkar olunaraq maddi sübut kimi  götürülüb. qeyd edək ki, saxlanılan şəxslərin marketlərə saxta əskinaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.

Sabunçu polisinin həyata keçirdiyi digər  əməliyyat nəticəsində isə silsilə oğurluqlar edən şəxslər tutulublar. əvvəllər də məhkum olunmuş Rauf Nəcəfov və Azər Rəhimovun  Kürdəxanı və ətraf qəsəbələrdə yerləşən 7 bağ evlərindən əsasən qızıl-zinət əşyaları və pul oğurladıqları məlum olub.  Araşdırma zamanı onların  zərərçəkən ev sahiblərinə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Sabunçu rayonunun müxtəlif qəsəbələrində yeni tikilməkdə olan evlərdən məişət əşyaları oğurlanması ilə bağlı da axtarış əməliyyat tədbirləri keçirib. araşdırma zamanı  məişət əşyaları oğurlamaqda şübhəli bilinən daha bir dəstənin üzvləri - Sahil Əliyev və Vüsal Bədəlov tutulublar. Saxlanılan günə qədər sabunçu rayonunda 30-dan çox evdən oğurluq edilib edən dəstə üzvləri oğurladıqları əşyaları Sahil Əliyevə məxsus yük maşını ilə həmin evlərdən aparıblar. Bütün faktlarla əlaqədar araşdırmalar davam etdirilir.

 

 

Xəbər lenti