Xəzər Xəbər

Əli Əsədov yeni QƏRAR İMZALADI: Azərbaycanda BU, MƏCBURİ OLDU VİDEO

Baş nazirdən YENİ QƏRAR
Veb TV | 20:30 • 10 Avqust 2022
Əli Əsədov yeni QƏRAR İMZALADI: Azərbaycanda BU, MƏCBURİ OLDU

Silahlı Qüvvələrinin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı, icbari narkoloji müayinəyə göndəriləcək. Bu, Nazirlər Kabinetinin müvafiq qərarlarına edilən dəyişiklikdə əksini tapıb.

Hərbi ekspert Alp Arslan İmamqulu bildirib ki, bu dəyişikliyin əsasında bir neçə nüansa diqqət yetirilməlidir.

Qərara əsasən, hərbi xidmətə könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına da qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.

Xəbər lenti