Xəzər Xəbər

Bu şəxslərə ŞAD XƏBƏR: 10-24 avqust tarixlərində... VİDEO

Dövlət xətti ilə xaricdə təhsil alacaq gənclərin siyahısı
Veb TV | 20:00 • 10 Avqust 2022
Bu şəxslərə ŞAD XƏBƏR: 10-24 avqust tarixlərində...

Dövlət xətti ilə xaricdə təhsil alacaq gənclərin siyahısı təsdiqlənib. Proqrama dünyanın 30 ölkəsinə aid prioritet ixtisas sahəsi üzrə müraciət edən 673 nəfərdən 229-u seçilib. Seçilən şəxslər dövlət hesabına dünyanın nüfuzlu ölkələrində təhsillərini davam etdirəcəklər. 229 nəfər dünyanın aparıcı universitetlərində təhsil alacaq

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Ümumilikdə 80 nəfər bakalavr, 149 nəfər magistr təhsil səviyyəsi üzrə 229 proqram iştirakçısı qalib adına layiq görülüb.

Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib ki, magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerləri qalıb. Bu yerlərə yenidən sənəd qəbulu elan olunub.

Xaricdə təhsil alacaq 229 gəncin 67 faizini kişilər, qalan 33 faizini isə qadınlar təşkil edir.

 

 

 

 

 

 

 

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022