Xəzər Xəbər

Sumqayıtda qadın sərnişini vuran avtobus sürücüsü işdən çıxarılıb - polis araşdırma aparır VİDEO

Veb TV | 21:47 • 29 İyun 2022
Sumqayıtda qadın sərnişini vuran avtobus sürücüsü işdən çıxarılıb - polis araşdırma aparır

Sumqayıt şəhərində avtobus sürücüsü ilə qadın sərnişin arasında dava olub.

Onlar əvvəlcə bir- birini söyüşlə təhqir ediblər, sonra dava baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin videogörüntüləri də yayılıb.

Mübahisə davam edərkən avtobus dayanıb və sürücü qapını açıb.

Bu zaman mübahisə  daha da qızışıb.Tərəflər bir-birini söyməyə davam edib. Bu zaman sürücü qadını təpiklə vurub. Qadın nəqliyyat vasitəsindən yerə düşür.

Qeyd edək ki, görüntülər bir neçə gün bundan öncə Sumqayıt şəhər 12 saylı marşrut xəttində lentə alınıb.

Sənubər Baxşəliyeva adlı qadın avtobusdan yıxılan zaman yüngül xəsarətlər alıb. Araşdırma zamanı öyrəndik ki, həmin qadınla dava edərək onu avtobusdan yıxılmasına səbəb olan 12 saylı avtobusun sürücüsü Aqil Kosayev baş vermiş hadisədən sonra "Sumqayıt şəhər Nəqliyyat 1" MMC-yə dəvət olunaraq işdən kənarlaşdırılıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti