Xəzər Xəbər

“Yuventus” Kyellinini bir xalla yola saldı VİDEO

“Yuventus" son saniyələrdə qələbəni əldən verdi
Veb TV | 13:18 • 17 May 2022
“Yuventus” Kyellinini bir xalla yola saldı

İtaliya A seriyasında 37-ci tur başa çatıb.

Turun son matçında çempionatın 4-cüsü “Yuventus” ondan bir pillə geridə olan “Latsio”nu qəbul edib.

“Qoca sinyora”nın qələbəni son saniyələrdə əldən verdiyi oyun (2:2) duyğulu anlarla yadda qalıb.

Qarşılaşmanın 9-cu dəqiqəsində hesabı açan Duşan Vlahoviç qolunu “Yuve”ni tərk etməyə hazırlaşan Dibalaya məxsus jestlə qeyd edib.

Komandanın kapitanı 37 yaşlı Corcio Kyellini də klubun heyətində son dəfə meydana çıxıb. Matçın 18-ci dəqiqəsində o, əvəzlənib və meydançanın kənarında dövrə vuraraq azarkeşlərlə vidalaşıb. Fanatlar müdafiəçini gurultulu alqışlarla yola salıblar.

Yuventus – Latsio 2:2

Qollar: Duşan Vlahoviç, 10. Alvaro Morata, 36 - Patrik, 51. Sergey Milinkoviç-Saviç, 90+6

 

Xəbər lenti