Xəzər Xəbər

Oğurladığı heyvanları öz mal-qarası kimi borcu olan adama verdi VİDEO

Veb TV | 20:03 • 19 Yanvar 2022
Oğurladığı heyvanları öz mal-qarası kimi borcu olan adama verdi

3 müxtəlif bölgədə oğurluq  baş verib. Lənkəranda mal-qara oğurlayan şəxs onları borcu qarşılığında verib. Masallı və Gəncədə isə oğurluq edən şəxslər saxlanılıb

Borcunun əvəzinə oğurladığı mal-qaranı verib.

Lənkəran rayonunun Xanbulan kəndi ərazisindəki həyətlərdən birindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə polisə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb. 

Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindan iribuynuzlu heyvanı oğurladığı məlum olub. Əmrah Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə həmin pulun müqabilində verdiyi müəyyən edilib. 

Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb. 

Masallıda isə  həmkəndlilərinin evindən oğurluqlar edən rayon sakini saxlanılıb.

Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Xəlfələr kəndində yerləşən yaşayış evlərindən birindən 390 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən  həmin kəndin sakini, əvvəllər məhkum olunmuş  Cavat Qasımov saxlanılıb. Oğurlanmış əşyaların bir qismi Cavat Qasımovdan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Gəncə polisi mənzildən qızıl oğurlayan və qanunsuz silah saxlayan şəxsləri saxlayaraq istintaqa cəlb edib. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Ruslan Yusifov şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Bundan başqa Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Bəxtiyar Əhmədov saxlanılıb. Onun şəhər ərazisindəki yaşayış olmayan evlərdən birində gizlətdiyi 1 ədəd yivli "TOZ-8" tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

 

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024