Xəzər Xəbər

İctimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər cərimələniblər VİDEO

Veb TV | 17:41 • 30 Noyabr 2021
İctimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər cərimələniblər

Paytaxt ərazisində ictimai nəqliyyatda, həmçinin metroda polis əməkdaşlarını görəndən sonra maskadan istifadə edən şəxslərin aşkar edilməsi istiqamətində mülki geyimli əməkdaşlar tərəfindən reydlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir. Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur. "Vətəndaşlara müraciət edərək bildiririk ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar".

Xəbər lenti