Xəzər Xəbər

Bakıda şagirdi oğurlamağa cəhd ediblər? - Polis hərəkətə keçib VİDEO

Veb TV | 20:21 • 25 Noyabr 2021
Bakıda şagirdi oğurlamağa cəhd ediblər? - Polis hərəkətə keçib

Bakıda dünən axşam saat 6 radələrində 5-ci sinif şagirdinin oğurlanmasına cəhd edilib. Bununla bağlı sosial şəbəkələrdə və onlayn mediada məlumat yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli sovxoz adlanan ərazidə baş verdiyi bildirilib.

Hadisənin izi ilə sözügedən ünvana yollandıq, ailəni tapıb, təfərrüatları öyrəndik.

Qaçırılmağa cəhd edildiyi iddia olunan azyaşlının ailəsi deyir ki, 1 qardaş və 2 bacı eyni məktəbdə, ikinci növbədə təhsil alırlar. Dünən dərsi bitən böyük qız balaca bacısını axtara-axtara məktəbin darvazasından çölə çıxıb. Elə nə olubsa, bundan sonra olub.

Hadisə barədə xəbər tutan ailə polisə məlumat verib.

 Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, azyaşlının qaçırılması ilə bağlı iddialar nəzarətə götürülüb, bütün zəruri tədbirlər icra olunub. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti