Xəzər Xəbər

Yarım tondan artıq heroinin keçirilməsinə cəhdin qarşısı alındı VİDEO

Veb TV | 20:14 • 10 Noyabr 2021
Yarım tondan artıq heroinin keçirilməsinə cəhdin qarşısı alındı

Azərbaycan gömrükçüləri yarım tondan artıq narkotik vasitə aşkarlayıblar. İki fakt üzrə aşkarlanan narkotik vasitələrin ümumi çəkisi 622 kq-dan artıq olub. Həmin vasitələr Azərbaycandan tranzit keçməklə Moldova Respublikasına aparılırmış. Narkotik vasitələr avtomobilin yanacaq çənində aşkar edilib.

Yarım tondan artıq narkotikin Azərbaycan sərhədindən keçirilməsinin qarşısı alındı...

Əməliyyatı Dövlət Komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşları həyata keçiriblər. İdarəyə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqramdan çox olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar. 

Əməliyyat məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan ərazisindən tranzit keçməklə Moldovaya "kişmiş" yükü aparan "Renault" markalı yük avtomobili saxlanıb. Keçirilən yoxlama zamanı xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Yük avtomobilinin ətraflı yoxlanması zamanı yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub. Çənə baxış zamanı 301 kiloqram 475 qram heroin aşkarlanıb. 

Digər əməliyyatla isə "DAF" markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda saxlanıb. Azərbaycandan tranzit keçməklə Moldovaya "Qabıqlıpüstə" və "xurma" yükü aparan həmin avtomobil "Samur" gömrük postunda rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib. Baxış zamanı bu avtomobilin yanacaq çəninində metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram heroin aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024