Xəzər Xəbər

Üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür VİDEO

Veb TV | 20:29 • 10 Noyabr 2021
Üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür

Bu gün Azərbaycan üçün şanlı tarixi yaşadığı, Ermənistanın isə əbədi rüsvay olduğu bir gündür. Ötən ilin bu günündə Ermənistan hakimiyyəti kapitulyasiya aktını imzalamağa məcbur oldu. Mövzunu şərh edən politoloq Murad Sadəddinov deyir ki, Ermənistanın hazırda düşdüyü vəziyyətdən çıxması üçün bir şansı var: artıq Qarabağ problemi həll olunub və Ermənistan hakimiyyəti sərhədlərlə bağlı məsələni tezliklə həll etməlidir.

Azərbaycan ordusunun gücü qarşısında məğlub olan Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür. Bu müddət ərzində nəinki Ermənistan, dünya dövlətləri də qəbul etdi ki, artıq Qarabağ münaqişəsi geridə qalıb və problem həll olunub. Ermənistan düşdüyü rəzil durumdan çıxmaq üçün isə bundan sonra yalnız sərhəd problemini həll etməlidir. Siyasi şərhçi Murad Sadəddinovun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanla olan münasibətlərində irəliləyişə nail olmaq istəyirsə, onların tək çıxış yolu gələcəyə baxmaqdır. Yəni Ermənistan əsas diqqətini Qarabağa deyil, məhz sərhəd bölgəsindəki məsələlərə yönəltməlidir. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq geridə qalıb.

Murad Sadəddinov bildirdi ki, əsas məsələlərdən biri Ermənistanın 10 noyabr razılaşmasına görə öhdəlik götürdüyü Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Yəni Ermənistan bunun üçün şərait yaratmağa, bu öhdəliyi yerinə yetirməyə borcludur. Ümumilikdə, Ermənistan sərhədlərlə bağlı problemin tezliklə həll edilməsində maraqlı olarsa, birinci növbədə özünü düşdüyü çətin vəziyyətdən çıxarar.

Qeyd edək ki, ötən ilin bu günündə imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycanın 3 rayonu qansız və itkisiz azad edildi. 

Xəbər lenti