Xəzər Xəbər

Vaksinin üçüncü dozasının tətbiqi sürətləndirilməlidir AÇIQLAMA/VİDEO

Veb TV | 21:17 • 24 Oktyabr 2021
Vaksinin üçüncü dozasının tətbiqi sürətləndirilməlidir

Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. Bu, koronavirusun "delta" variantının bir növüdür. Buna hətta hamının bildiyi "delta plus" ştamı da demək olar.

Xezerxeber.az-ın məlumatına görə, həkim-infeksionist Fərrux Sədirov deyib ki, bu, mövcud virusun ikiqat dəyişilmiş formasıdır.

Sadəcə yoluxmanın daha sürətli, inkubasiya dövrünün isə daha qısa olması ilə fərqlənir. Həkim-infeksionist əlavə edib ki, digərlərində olduğu kimi uşaqların da bu ştama yoluxma halları müşahidə oluna bilər.

Fərrux Sədirovun sözlərinə görə, əlamətlər bundan əvvəlki stammlarla eynidir və müalicəsində də eyni üsul tətbiq olunur. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.

Həkim-infeksionist qeyd edib ki, virus orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərait yaradır. Ona görə də peyvənd olunanların sayı nə qədər çox olsa, virusun digər orqanizmə keçmək şansı qalmayacaq və yeni mutasiyalar da olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti