Xəzər Xəbər

Şəhid Xəqani Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 21:07 • 24 Oktyabr 2021
Şəhid Xəqani Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid hərbçilərimizdən biri də Xəqani  Əsgərov olub.

Xezerxeber.az-ın məlumatına görə, Xəqani  Əsgərov 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub.

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qatılıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçumuz 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, döyüşlərin ilk günündən silaha sarılaraq düşmənin üzərinə atılıb.

Xəqani  Əsgərov Cəbrayıl və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Qəhrəmancasına şəhadətə ucalan Xəqani indi təkcə ailəsinin deyil, bütün xalqımızın qürur mənbəyidir.

Xudat şəhərində yaşayan Xəqani Əsgərov ailəli idi. İndi onun iki qız övladı yadigar qalıb. Qəhrəman şəhidimiz ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti