Xəzər Xəbər

Goranboyda oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Veb TV | 21:33 • 24 Oktyabr 2021
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

Goranboy polisinin həyata keçirdiyi əməliyyat nəticəsində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Naftalan şəhər sakinləri saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər məhkum olunmuş Namiq Cavadov və həmyerlisi Sərxan Azəroğlu bu ay müxtəlif vaxtlarda qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olublar. Onlar hər bir mağazadan ümumi dəyəri 3484 və 3238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar.

Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların poçt məntəqələri və icra nümayəndəliyinin inzibati binasında həyata keçirdikləri oğurluq cinayətlərinin də üstü açılıb.

Saxlanan şəxslər dindirilmə zamanı törətdikləri cinayətləri etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti