Xəzər Xəbər

Dünya bazarında neft kəskin ucuzlaşır: Tələb niyə azalır? VİDEO

Veb TV | 21:00 • 21 İyul 2021
Dünya bazarında neft kəskin ucuzlaşır: Tələb niyə azalır?

Son vaxtlar dünya birjalarında  neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir. Bir müddət əvvəl neftin qiymətində yüksəliş hiss olunurdu.  Hazırda vəziyyət  fərqlidir. Qiymətlər yenidən enməyə  başlayıb. Azərbaycan nefti də bu məsələdə istisna deyil.

Neft dünya bazarında öz dəyərini yenidən itirir. Son günlər neftin qiymətində enmələr müşahidə olunur.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,15 dollar geriləyərək 69,19 dollar,  "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 69,32 dollar təşkil edib. Neft Araşdırmaları Mərkəzninin rəhbəri İlham Şaban neftin qiymətinin uculaşmasını son zamanlar dünya iqtisadiyyatında baş verən hadislələrlə əlaqələndirir. Onun sözlərinə görə, OPEK ölkələrinin hasilatın artırılması ilə bağlı razılığa gəlməsi qiymətlərə təsir etməyə başlayıb.

İlham Şaban bildirdi ki, pandemiyanın davam etməsi və delta ştammının geniş yayılması da narahtlıq doğurur. Vəziyyət belə davam edərsə, neftə tələbat yenidən azala bilər.

İlham Şaban əlavə etdi ki, vəziyyətin nə qədər belə davam edəcəyi iqtisadi faktorlardan asılı olacaq.

Xəbər lenti