Xəzər Xəbər

Prezidentlərin görüşü: Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ VİDEO

Veb TV | 21:30 • 21 İyul 2021
Prezidentlərin görüşü: Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ

Azərbaycan və Rusiya arasında əlaqələr daha da genişləndirilir, həm də bir çox sahələrdə. Prezidentlərin dünən Moskvada baş tutan görüşü böyük vədlər verir. Siyasi, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımız daha da inkişaf etdiriləcək.

İki ölkə prezidentləri görüşdü və çox geniş sahələr üzrə mövzular müzakirə olundu. Gəlinən qənaət budur ki, Azərbaycan-Rusiya ikitərəfli əlaqələri daha da genişləndirilir. Və bu məsələdə Əliyev-Putin şəxsi münasibətlərinin xüsusi rolunun olduğu aydın görünür.

Xüsusilə də iqtisadi sahədə böyük inkişafın olacağını proqnozlaşdırmaq mümkündür. Yaxın günlərdə Rusiyadan geniş tərkibli bir heyət - biznes strukturlarının nümayəndələri Azərbaycana səfər edəcəklər. Siyasi ekspert Fərhad Məmmədov deyir ki, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə cəlb olunacaqlar.

Siyasi ekspertin sözlərinə görə, görüş zamanı hər iki prezident 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdiriblər. Bütün kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqeyi də artıq bəllidir. Üstəlik, burada söhbət yalnız dəmiryol xəttinin bərpasından getmir, həm də paralel şəkildə avtomobil yolunun çəkilməsi nəzərdə tutulur.

Ölkələrimiz arasında bundan sonra qarşılıqlı siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlıq daha da inkişaf etdiriləcək. Siyasi ekspert deyir ki, Azərbaycanın Rusiyadan gözləntiləri var və bu gözləntilər birbaşa olaraq Rusiya rəhbərliyinə çatdırıldı. Rəsmi Bakının əsas məqsədi rəsmi İrəvanla sülh sazişinin imzalanmasıdır. Və təbii ki, ilk olaraq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.


 

 

Xəbər lenti