Xəzər Xəbər

Göygöldə ev, Astarada aptek qarət edilib VİDEO

Veb TV | 19:29 • 17 May 2021
Göygöldə ev, Astarada aptek qarət edilib

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hacıməlik qəsəbəsindəki  evdən oğurluq edən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş  Muraz Əzizov və  Emin Əsədov Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 740 manat nağd pulu və kompüter avadanlığını oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Astarada isə  aptekdən oğurluq edən rayon sakini saxlanıb. Apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara şəhər sakini İbrahim Əhmədov saxlanılıb. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti