Xəzər Xəbər

Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib VİDEO

Veb TV | 12:03 • 10 May 2021
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.

Xəbər lenti