Xəzər Xəbər

Azərbaycanda 13 minə yaxın şəxsin pensiyası az hesablanıb araşdırma başlayıb/video

Veb TV | 20:03 • 5 May 2021
Azərbaycanda 13 minə yaxın şəxsin pensiyası az hesablanıb

Əvvəlki dövrlərdə pensiyası  səhvən aşağı məbləğdə hesablanmış şəxslərin təqaüdü artırılır. Artıq bununla bağlı işlərə başlanıb.

Dövlət Sosial Müdafiə Fondunun departament rəhbəri Rəşad Mehdili "Xəzər Xəbər"ə bildirib ki, araşdırmalar zamanı neqativ hallar aşkarlanıb.

Onun sözlərinə görə, indiyə kimi 12 min 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib.

Rəşad Mehdili qeyd edib ki, həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Ötən illər üzrə kəsintilər hesablanaraq pensiyalara əlavə olunur.

Araşdırmalar davam etdirilir. Bundan sonra da aşağı məbləğdə təyin olunmuş pensiyalar  müəyyən edilərək qanunauyğun şəkildə yenidən hesablanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti