Xəzər Xəbər

Bakıda beş gün əvvəl başına daş parçası düşmüş yeniyetmə vəfat edib video

Veb TV | 20:39 • 5 May 2021
Bakıda beş gün əvvəl başına daş parçası düşmüş yeniyetmə vəfat edib

Bakıda beş gün əvvəl başına daş parçası düşmüş yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, yeniyetmənin meyiti xəstəxanadan əvvəlcə  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anaomiya Birliyinə aparılıb. Daha sonra isə onun nəşi yaşadığı evə gətirilərək ailəsinə təhvil verilib.

Sözügedən ünvanda yaşayan sakinlər problemin hələ də aradan qalxmadığını deyirlər. Bildirirlər ki, bu hadisə hər an onların və yaxınlarının da başına gələ bilər.

Hadisə baş verən ünvana Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da  gəlib. İcra başçısı hadisə ilə bağlı komissiya yaradıldığını və araşdırma aparıldığını bildirib. O, hazırda təhlükə davam edən binanın gələcəkdəki aqibəti ilə bağlı da danışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Əli Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti