Xəzər Xəbər

Güclü yağış Gəncə və Mingəçevir şəhərlərində fəsadlar törədib video

Veb TV | 20:15 • 5 May 2021
Güclü yağış Gəncə və Mingəçevir şəhərlərində fəsadlar törədib

Gecədən yağan güclü yağış Mingəçevirdə bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin Energetiklər qəsəbəsinin Bozdağ və Kənar küçələrində sakinlərin həyətlərinə yağış suyu dolub.

Sakinlər bildiriblər ki, həmin küçədən axan kiçik kanal qamış və zibillə dolduğundan oradan daşan su yaxınlıqdakı ev və həyətlərə dolub.

Nurəddin Rzayevə məxsus həyətə dolan su tikinti materiallarını da sıradan çıxarıb.

Şəhər İcra Hakimiyyətindən bildirilib ki, daşan su kanalı Yevlax Suvarma Sistemləri İdarəsinin nəzarətindədir. İdarəyə müraciət olunduqdan sonra texnikalar cəlb olunub və kanal qazılaraq suyun çəkilməsi təmin edilib.

Gecə saatlarından yağan yağış Gəncədə də bir sıra fəsadlar törədib. Şəhərin müxtəlif ərazilərində elektrik təchizatında yaranan problemə görə bəzi yerlərdə işıqforlar işləməyib. Şəhərin Məhsəti qəsəbəsində yağış suyunun toplanması bir neçə küçədə yolları keçilməz edib.

Əraziyə aidiyyəti qurumların texnikaları cəlb olunub. Suyun müvəqqəti boşaldılması təmin edilib.

Sakinlər belə halların təkrarlanmaması üçün ərazidə köklü işlərin görülməsini istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti