Xəzər Xəbər

“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirildi VİDEO

Veb TV | 19:53 • 2 May 2021
“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirildi

Artıq vətəndaşlar koronovirus peyvəndi zamanı seçim edə biləcəklər. Belə ki, bu gün ölkəyə "Sputnik V" vaksinin ilk partiyası gətirilib. Dünyanın 60-dan çox ölkəsində qeydiyyatdan keçirildiyi bildirilən vaksini gətirən təyyarəni Xarici işlər nazirinin müavini Xələf Xələfov, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

"Koronavirusla mübarizədə dünya ölkələri tərəfindən görülmüş tədbirlər əsaslı dönüş yarada bilməyib. Təcrübə onu göstərir ki, ən effektiv mübarizə metodu vaksinasiyadır". Bu sözləri ölkəyə Rusiyadan gətirilən vaksin materaiallarının qarşılanması zamanı  junarlistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımlı deyib.  

Region ölkələri arasında Azərbaycan ilk dəfə peyvəndə başlayıb. Nazir müavininin sözlərinə görə bu proses ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və nəzarəti çərçivəsindədir. Xarici işlər nazirinin rəsmisi isə bu günkü aksiyanın hər iki  ölkənin sıx əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu bildirib: 

Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov isə vaksinlərin gətirildiyi tarixin pasxa bayramı ilə üst-üstə düşdüyünü, pasxanın insanlara sülh və xeyirxahlıq bəxş etdiyini deyib. O, bildirib ki, bu tarixin onlar üçün əlamətdar bir günə təsadüf etməsi sevindiricidir: 

Qeyd edək ki, ölkədə indiyə qədər iki milyona yaxın şəxs peyvənd olunub. Proses sürətlə davam edir.

Xəbər lenti