Xəzər Xəbər

4 aylıq qadağa başlayır - Qadağa balıq tutan həvəskarlara da şamil edilirmi?  VİDEO

Veb TV | 19:28 • 29 Aprel 2021
4 aylıq qadağa başlayır - Qadağa balıq tutan həvəskarlara da şamil edilirmi? 

Hər il may ayından etibarən balıqların kürütökmə mövsümü başlayır. Sentyabr ayına qədər davam edən bu müddət ərzində balıqların ovlanması qadağandır. Ona görə də açıq su hövzələrində, yəni Xəzər dənizindəki torlar yığışdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, qaydalara əməl etməyənlər cərimələnəcək. Bəs görəsən bu qadağa tilovla balıq tutan həvəskarlara da şamil edilirmi? 

Kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən açıq su hövzələrində, yəni dənizdə balıq ovuna 4 aylıq qadağa qoyulur. Bununla bağlı lisenziyalı balıqçılara xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, qaydaları pozan şəxslər qanunvericiliyə uyğun olaraq cərimələncəklər. 400 manatdan başlayan cərimələrin miqdarı dəymiş ziyana görə dəfələrlə arta bilər.

Tilovla balıq tutmaq istəyənlərə sözügedən müddət ərzində bu işlə məşğul olmaq tövsiyə edilmir. Amma onlara müəyyən qədər balıq tutmağa icazə verilir.

Nazirlik rəsmisi bildirib ki, daxili su hövzələrində - çaylarda, göllərdə balıq ovuna aprelin əvvəlindən qadağa qoyulub. Su Nəqliyyatında Polis İdarəsi və Balıqçılar İttifaqı tərəfindən indiyədək "Təmiz hövzələr" aksiyası həyata keçirilib. Reydlər çərçivəsində 62 nəfər saxlanıb. 47 nəfərə ümumilikdə 35 min manata yaxın cərimə yazılıb. 10 fakt üzrə isə cinayət işi açılıb. Açıq su hövzələrində balıq ovuna qoyulan qadağa ilə bağlı da reydlər keçiriləcək. 

 

 

Xəbər lenti